Cümə, 10 May

"Mançester Yunayted" "Roma"nı darmadağın etdi - Video

image

Aprelin 29-da futbol üzrə UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk qarşılaşmaları baş tutub.

Xəbər verilir ki, "Mançester Yunayted" evdə "Roma" klubu ilə, "Arsenal" isə İspaniyada "Vilyarreal"la üz-üzə gəlib.

Mançeterdəki görüş meydan sahiblərinin 6:2 hesablı qələbəsi ilə başa çatıb. "Arsenal" isə İspaniyada "Vilyarreal"a 1:2 hesabı ilə uduzub.

"Mançester Yunayted" (İngiltərə) - "Roma" (İtaliya) - 6:2

Qollar: Fernandes, 9 (1:0), Pelleqrini, 15-pen (1:1), Ceko, 34 (1:2), Kavani, 48 (2:2), 64 (3:2), Fernandes, 71-pen (4:2), Poqba, 75 (5:2), Qrenvud, 86 (6:2)

"Vilyarreal" (İspaniya) - "Arsenal" (İngiltərə) - 2:1

Qollar: Triqueros, 5 (1:0), Albiol, 29 (2:0), Pepe, 73 (2:1)
Qırmızı vərəqələr: Dani Sebalyos, 57 ("Arsenal"), Etyen Kapu, 80 ("Vilyarreal")

Qeyd edək ki, yarımfinalın cavab oyunları mayın 6-da olacaq. Turnirin həlledici görüşü mayın 26-da Polşanın Qdansk şəhərindəki eyniadlı stadionda keçiriləcək.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32